Bu layihə CRS təşkilatının dəstəyi ilə Azərbaycanda Bakı Mətbuat klubu, Ermənistanda isə Yerevan Mətbuat klubu tərəfindən icra olunur. BMK və YMK, Cənubi Qafqazın müxtəlif nüfuzlu təşkilatları ilə əməkdaşlıq şəraitində, bir çox ləyihələr həyata keçirmişlər. Onlar Cənubi Qafqazda bir sıra inteqrasiya proseslərində fəal iştirak etməklə, bölgədə qarşılıqlı etimadsızlığın və ksenofobiyanın aradan qaldırılmasına çalışırlar.
Bakı Mətbuat klubu
Az – 1073, Azərbaycan, Bakı, 529-cu məhəllə, Mətbuat prospekti, “Azərbaycan” nəşriyyatı
Tel: (994 12) 510 16 81, 510 21 04, 510 17 21
Faks: (994 12) 510 21 56
E-mail: bakupressklub@azintex.com
Bakı Mətbuat Klubu 1998-ci ilin may ayında yaradılıb. Onun əsas məqsədləri Azərbaycanın müstəqil və plüralist mətbuatının inkişafına yardım göstərmək, kütləvi informasiya vasitələrinin informasiya əldə etmək imkanlarını genişləndirmək, KİV və informasiya mənbələri arasında dialoqu möhkəmləndirmək, jurnalistlərin professional inkişafəna şərait yaratmaqdır və s.
Yerevan Mətbuat klubu 1995-ci ilin iyulunda yaradılıb. Bu, gəlir əldə etmək məqsədi güdməyən, jurnalistləri partiya mənsubiyyətindən və siyasi baxışlarından asılı olmayaraq birləşdirən qeyri-hökumət təşkilatıdır. YMK-nun fəaliyyəti azad və məsuliyyətli yerli kütləvi informasiya vasitələrinin yaradılmasına, o cümlədən jurnalistlərin peşə bacarıqlarının artırılmasına, qanunvericiliyin təkmilləşdirilməsinə və jurnalist hüquqlarının müdafiəsinə və s. yönəlib.
Ədəbi laboratoriya-Yazıçılar münaqişələrə qarşı layihəsi münaqişədə olan xalqlar arasında qarşılıqlı düşmənçiliyi aradan qaldırmağa kömək məqsədi güdür. Bu o demək deyil ki, veb-saytda təqdim olunmuş əsərlər məhz həmin düşmənçiliyi doğurmuş hərbi və siyasi qarşıdurmaya həsr olunub. Saytda heç bir mövzu və ideoloji məhdudiyyət yoxdur. «Azərbaycanlıların (ermənilərin) maraqlı müasir ədəbiyyatı var» - saytın məqsədi oxucularda belə bir reaksiya doğurmaqdır. Çünki bu, münaqişədə olan xalqlar arasında qarşılıqlı anlaşma yaratmağa və münaqişənin həlli üçün zəruri şərait formalaşdırmağa yardım göstərə bilər. Əsərlərin erməni və azərbaycanlı qəhrəmanlarının davranışları, düşüncələri arasında oxucu yanlış stereotipləri və birgə yaşayışın mümkünsüzlüyü barədə təsəvvürləri aradan qaldıran bir çox oxşarlıqlar da aşkar edə bilər.
Müəlliflərin seçimi zamanı veb-saytın ədəbi koordinatorları həm əsas cərəyanları, həm də yeni meylləri nəzərə almağa çalışıblar.