http://www.litlab.org
homeaboutpartnersterms and conditions
Armenian Azerbaijani English Russian
MÜASİR
AZƏRBAYCAN NƏŞRİ
Nəriman ƏBDÜLRƏHMANLI
İŞIQSIZLIQ. İş-işdən keçəndən, Dostun demiş, olan olub, torba dolandan sonra dişlərini qıcırdatmağının, başına hava gəlmiş adamsayaq özünü didib-tökməyinin, dodaqların titrəyə-titrəyə bu sözləri tutuquşu kimi təkrarlamağının nə xeyri? >>>
Rəşad MƏCİD
10 SENTYABR. Qospitaldan çıxıb maşına tərəf getdi. Köhnə «06» «Jiquli»ydi. On beş il qabaq, səksən altıncı ildə, sovet vaxtı mühəndis işlədiyi zavodda növbəyə durub almışdı >>>
Rüstəm İBRAHİMBƏYOV
AD GÜNÜ. Bahadur oğlunun ad gününü əməlli-başlı qeyd eləmək istəyirdi. «Hər halda beşillik beş ildə bir dəfə olur, - deyə o, arvadına izah edirdi, - gərək hər şeyi elə edək ki, başqalarından pis alınmasın» >>>
Fəxri UĞURLU
DƏRVIŞ. Uzunayaq, uzundimdik ağ quş yenə payız şumunun ortasında, boz-qara buludun altında qonduğu yerə qonmuşdu. Yenə gözü göydəki boşluqla yerdəki boşluğun arasında get-gəldəydi >>>
YAŞAR
AYRILIQ. Anayla oğul yola ertədən çıxmışdı, indi ayaqlarını güclə çəkirdilər, ikisi də heydən düşmüşdü, çünki bayaqdan kəlmə də kəsməmişdilər, yolun yorğunluğunu hərə təklikdə daşıyırdı >>>
Samir SƏDAQƏTOĞLU
VAXT OĞRUSU.Həmin müdhis hadisə on il bundan əvvəl baş verdi. Düz on il bundan qabaq o, bütün hissiylə, ağlıyla, içiylə, varlığıyla birdən-birə, qəfildən, lap qəfildən günün birində gözlərini əbədi olaraq yumacağını, öləcəyini dərk etdi >>>

MÜASİR
ERMƏNİSTAN NƏŞRİ
Vahram MARTIROSYAN
BALIQ. Biz yuxarısı dar, nazik ayaqlı girdə kətillərdə oturmuşduq. Köhnə körpünün üstündə, lap məhəccərin yanında əyləşib, aşağı baxırdıq və bu xalq haqqında söhbət eləyirdik. Bizdən xeyli aşağıda çay axırdı, bu çayın bir tərəfi dik, ot basmış sahilə dirənirdi, o biri sahil isə yastıydı, ağaclarla örtülmüşdü, bu ağacların arasından alçaq, uçuq-sökük evlər görünürdü >>>
Armen ŞEKOYAN
ÖLÜ. Mən hər yerdəyəm, dəqiq desək, demək olar, hər yerdəyəm, lap dəqiqi - hər yerdə olmağa çalışıram, çünki bu yeganə həyatda hər yerdə olmağı çatdırmırsansa, deməli, bu bircə ömrü lazım olduğu kimi, var qüvvənlə yaşaya bilməmisən >>>
Hrant MATEVOSYAN
ŞƏFFAF GÜN. Özümdən razı halda, tər-təmiz, gözəl, hündürboy, əlim cibimdə dəstəyi götürürəm və fransızsayağı sözü uzada-uzada cavab verirəm:: «Al-loo!..» Mən həqiqətən özümdən razıyam. Bəs necə – kənddən dünən çıxmışam, amma artıq çoban taleyimlə vidalaşmışam >>>
Susanna ARUTUNYAN
QÜDRƏTLİ ÖLÜM. Bürkülü və yağmurlu yay - isti idi!.. Nəfəs almaq olmurdu, üstəlik də yağış kəsmək bilmirdi, səmanın gözləri islaq yerdə idi, heç cür ağlayıb doymurdu >>>
Vano SİRADEQYAN
YAZIQ UŞAQ. Adam vaxt tapıb geri baxanda gördü ki, keçmiş unudulmağa başlayır. İlk ağlına gələn bu idi: «Ola bilməz!» >>>
Ağası AYVAZYAN
«FALKENŞTEYN». Bütün onurğa sütunumda – başdan-ayağa kimi – «Falkenşteyn»in mühərriklərinin gurultusunu duyurdum, gəminin burnunün yardığı dalğaların yeknəsəq, narazı və üzücü çırpıntısı isə öz iradəsini və əhval-ruhiyyəsini diqtə edirdi >>>

Ədəbi laboratoriya-Yazıçılar münaqişələrə qarşı layihəsi münaqişədə olan xalqlar arasında qarşılıqlı düşmənçiliyi aradan qaldırmağa kömək məqsədi güdür. Bu o demək deyil ki, veb-saytda təqdim olunmuş əsərlər məhz həmin düşmənçiliyi doğurmuş hərbi və siyasi qarşıdurmaya həsr olunub. Saytda heç bir mövzu və ideoloji məhdudiyyət yoxdur. «Azərbaycanlıların (ermənilərin) maraqlı müasir ədəbiyyatı var» - saytın məqsədi oxucularda belə bir reaksiya doğurmaqdır. Çünki bu, münaqişədə olan xalqlar arasında qarşılıqlı anlaşma yaratmağa və münaqişənin həlli üçün zəruri şərait formalaşdırmağa yardım göstərə bilər. Əsərlərin erməni və azərbaycanlı qəhrəmanlarının davranışları, düşüncələri arasında oxucu yanlış stereotipləri və birgə yaşayışın mümkünsüzlüyü barədə təsəvvürləri aradan qaldıran bir çox oxşarlıqlar da aşkar edə bilər.

Müəlliflərin seçimi zamanı veb-saytın ədəbi koordinatorları həm əsas cərəyanları, həm də yeni meylləri nəzərə almağa çalışıblar.

home about partners
Forum