Bu İnternet-jurnal Bakı və Yerevan mətbuat klubları tərəfindən CRS təşkilatının dəstəklədiyi birgə layihə çərçivəsində yaradılıb. Onun məqsədi müasir Azərbaycan və Ermənistan yazıçılarının əsərlərinin tərcüməsi, nəşri və on-layn müzakirəsi vasitəsilə iki ölkənin ictimaiyyəti arasında dialoqa yardım göstərməkdir. Ümid edirik ki, “Ədəbi laboratoriya – Yazıçılar münaqişələrə qarşı“ saytının sizin diqqətinizə təqdim etdiyi əsərlər qarşılıqlı anlaşma yaratmağa və nəticədə Qarabağ münaqişəsinin həllinə müəyyən dərəcədə yardım göstərəcək. Layihənin pilot mərhələsində sayt Azərbaycan və Ermənistan yazıçılarının əsərlərindən ibarət olacaq, ancaq yaxın vaxtlarda burada təmsil olunmuş ölkələrin siyahısının genişləndirilməsi nəzərdə tutulur.
Qarşılıqlı düşmənçiliyin gücləndiyi, Ermənistanla Azərbaycan arasında mədəni dialoqun olmadığı indiki şəraitdə biz cəmiyyətlərə bir-biri ilə ədəbiyyatın dilində danışmağa kömək etmək istəyirik.
Ümid edirik ki, bu təşəbbüs nəticəsində siz saytımızda oxumağa, üzərində dünüməyə və müxtəlif ölkələrdən olan insanlarla müzakirə etməyə dəyən əsərlərlə tanış olacaqsınız.
Ədəbi laboratoriya-Yazıçılar münaqişələrə qarşı layihəsi münaqişədə olan xalqlar arasında qarşılıqlı düşmənçiliyi aradan qaldırmağa kömək məqsədi güdür. Bu o demək deyil ki, veb-saytda təqdim olunmuş əsərlər məhz həmin düşmənçiliyi doğurmuş hərbi və siyasi qarşıdurmaya həsr olunub. Saytda heç bir mövzu və ideoloji məhdudiyyət yoxdur. «Azərbaycanlıların (ermənilərin) maraqlı müasir ədəbiyyatı var» - saytın məqsədi oxucularda belə bir reaksiya doğurmaqdır. Çünki bu, münaqişədə olan xalqlar arasında qarşılıqlı anlaşma yaratmağa və münaqişənin həlli üçün zəruri şərait formalaşdırmağa yardım göstərə bilər. Əsərlərin erməni və azərbaycanlı qəhrəmanlarının davranışları, düşüncələri arasında oxucu yanlış stereotipləri və birgə yaşayışın mümkünsüzlüyü barədə təsəvvürləri aradan qaldıran bir çox oxşarlıqlar da aşkar edə bilər.
Müəlliflərin seçimi zamanı veb-saytın ədəbi koordinatorları həm əsas cərəyanları, həm də yeni meylləri nəzərə almağa çalışıblar.